Əsas məzmuna keç

Ramazan başlayır: Bu gecə niyyət gecəsidir

Ramazan başlayır: Bu gecə niyyət gecəsidir

QMİ-nin fətvası ilə 11 ayın sultanı gəlir. 19 fevraldan oruc tutanlar üçün bayram tarixi də bəllidir. Müqəddəs ayın vacib əməlləri və təqvimi ilə tanış olun.

en ru

Bu gecə ayının ilk gecəsi və ilk axşamıdır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu axşam müsəlmanlar bütün ay boyunca tutacaqları üçün niyyət edəcəklər.

Artıq sabahdan etibarən İslam dininin müqəddəs kitabı — Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Bu ay həm də ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət dövrü kimi qəbul olunur.

Müqəddəs ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi və pis vərdişlərdən uzaq durulması tövsiyə edilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının birinci günü 19 fevral tarixinə, Ramazan bayramı isə 20 mart tarixinə təsadüf edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…