Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının müdafiə nazirinin müavini Vasili Osmakovla bir araya gəlib. Tərəflər arasında keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub. "Operativ Məlumat Mərkəzi-OMM"-in çatdırdığı xəbərə əsasən, tərəflər gündəlikdə olan aktual mövzulara toxunublar.