Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakov görüş zamanı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bildirib.
"Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Müdafiə Nazirliyində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakovla görüşü baş tutub. Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub", - məlumatda qeyd olunub.