Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Oreşnik" raketi: Rusiyanın yeni silahı ilə bağlı yeni hazırlıq

1 dəq
Paylaş:
"Oreşnik" raketi: Rusiyanın yeni silahı ilə bağlı yeni hazırlıq

Rusiya Silahlı Qüvvələrinin yaxın vaxtlarda “Oreşnik” raketini buraxa biləcəyi iddia olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşrinin teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, vilayətində yerləşən Kapustin Yar poliqonunda mümkün ballistik raket buraxılışına əlamətləri müşahidə edilir.

“Yeradar” monitorinq kanalının bildirdiyinə görə, poliqon ərazisində raket buraxılışı ilə bağlı aktivlik qeydə alınıb.

UNIAN qeyd edir ki, hazırda söhbətin Rusiya ərazisində keçiriləcək təlim buraxılışından, yoxsa raketin Ukraynaya qarşı növbəti kütləvi hücumlarda istifadəsindən getdiyi məlum deyil.

Nəşr vurğulayır ki, məsələ ilə bağlı hələlik Rusiya tərəfindən verilməyib.

Qeyd edək ki, “Oreşnik” Rusiyanın yeni nəsil orta mənzilli ballistik raketi hesab olunur və onun döyüş şəraitində istifadəsi ictimaiyyət tərəfindən yaxından izlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax