Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Bəzi rayonlarda intensiv yağışlar qeydə alınıb

2 dəq
Paylaş:
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Bəzi rayonlarda intensiv yağışlar qeydə alınıb

Azərbaycanın əksər bölgələrində qeyri-sabit, yağıntılı müşahidə olunur. Bəzi ərazilərdə yağıntılar intensiv xarakter daşıyır.

Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 09:00-a olan məlumatına görə, yağıntının miqdarı aşağıdakı kimi qeydə alınıb:

  • Zərdab: 71 mm
  • Şəki (Kişçay): 69 mm
  • Oğuz: 40 mm
  • Qax (Sarıbaş): 30 mm
  • İsmayıllı və Zaqatala: 29 mm
  • Balakən: 24 mm
  • Göyçay və Göygöl: 18 mm
  • Şahbuz: 16 mm
  • Goranboy və Naxçıvan: 14 mm
  • Yevlax, Mingəçevir və Naftalan: 13 mm
  • Sədərək və Gəncə: 12 mm
  • Ağdam və Tərtər: 11 mm
  • Kürdəmir və Xaltan: 10 mm
  • Qobustan və Qəbələ: 9 mm
  • Bakı, yarımadası və Şamaxı: 8 mm
  • Şərur: 7 mm
  • Biləsuvar, Bərdə, Beyləqan, Xızı, Qrız, və Culfa: 6 mm
  • Cəlilabad, Sabirabad, Şəmkir və Gədəbəy: 5 mm
  • Lerik, Lənkəran, Tovuz və Daşkəsən: 4 mm
  • Yardımlı, Ağstafa və Xınalıq: 3 mm
  • Quba, İmişli, Xaçmaz, Astara və Ordubad: 2 mm
  • Qusar, , Neftçala, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli: 1 mm

Bundan əlavə, mayın 24-ü axşam saatlarında bəzi rayonlara dolu düşüb. Belə ki, saat 18:00-18:05 radələrində Şəkinin Baş Zəyzid kəndinə 15-20 mm, Baş Göynük kəndinə 10-15 mm, saat 19:48-19:53 radələrində isə Yardımlıya 21-25 mm diametrində dolu düşdüyü müşahidə edilib.

Ölkənin bəzi ərazilərində -qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Daşkəsəndə isə 18 m/s-yə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax