Əsas məzmuna keç

Bəzi bölgələrdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Bəzi bölgələrdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Ekologiya Nazirliyinin məlumatına görə, şimal və qərb bölgələrində qeyri-sabit hava şəraiti davam edir. Bəs yaxın günlərdə temperatur necə dəyişəcək?

en ru

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı müşahidə olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 16:00-a olan məlumatında əks olunub.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Belə ki, Bakıda və yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (), Şahdağda çaxır, arabir yağır.

***

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 11:00-a olan məlumatında əks olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda 2, Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvarda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…