Əsas məzmuna keç

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.

en ru

Fövqəladə Hallar Nazirliyi () ölkənin bəzi bölgələrində müşahidə olunan qeyri-sabit ilə bağlı əhaliyə müraciət ünvanlayıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına əsasən, hazırda ayrı-ayrı rayonlarda yağıntılı hava şəraiti hökm sürür və bəzi dağ çaylarında sel hadisələri qeydə alınır. Proqnozlara görə, yaxın günlərdə də yağışlı və şəraiti davam edəcək.

Sel və daşqın təhlükəsi: Nazirlik vətəndaşları sel və daşqın riski olan ərazilərdən uzaq durmağa, təhlükə yarandıqda isə dərhal yüksək ərazilərə keçməyə çağırıb.

İldırım və küləklə bağlı tədbirlər:

  • İldırım zamanı cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada hündür ağaclar, elektrik xətləri və antenaların yaxınlığında dayanmamaq lazımdır.
  • Avtomobildə olan şəxslər hərəkəti dayandırmalı, şüşələri qaldıraraq təhlükənin ötüşməsini gözləməlidirlər.
  • zamanı reklam lövhələri, yüngül konstruksiyalar, elektrik dirəkləri və naqillərindən uzaq durmaq vacibdir.

FHN, həmçinin küləkli havanın yanğınların söndürülməsini çətinləşdirdiyini vurğulayaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını xatırladıb. Kiçikhəcmli gəmi sahiblərinə isə əlverişsiz hava şəraitində dənizə çıxmağın qadağan olduğu bildirilib.

Hər hansı təhlükə ilə üzləşdikdə vətəndaşların dərhal 112 qaynar xəttinə müraciət etmələri tövsiyə olunur.

Hava proqnozu

24° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…