Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bəzi rayonlarda yağışın intensivliyi artıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Bəzi rayonlarda yağışın intensivliyi artıb - FAKTİKİ HAVA

Azərbaycanda əksər yerlərdə yağıntılı davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 9:00-a olan məlumatında deyilir.

Bildirilib ki, düşən yağıntının miqdarı Zərdabda 71, Şəkidə (Kişçay) 69, Oğuzda 40, Qaxda (Sarıbaş) 30, İsmayıllı, Zaqatalada 29, Balakəndə 24, Göyçay, Göygöldə 18, Şahbuzda 16, Goranboy, Naxçıvanda 14, Yevlax, Mingəçevir, Naftalanda 13, Sədərək, Gəncədə 12, Ağdam, Tərtərdə 11, Kürdəmir, Xaltanda 10, Qobustan, Qəbələdə 9, Bakıda və yarımadasında, eyni zamanda Şamaxıda 8, Şərurda 7, Biləsuvar, Bərdə, Beyləqan, Xızı, Qrız, , Culfada 6, Cəlilabad, Sabirabad, Şəmkir, Gədəbəydə 5, Lerik, Lənkəran, Tovuz, Daşkəsəndə 4, Yardımlı, Ağstafa, Xınalıqda 3, Quba, İmişli, Xaçmaz, Astara, Ordubadda 2, Qusar, , Neftçala, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Mayın 24-ü saat 18:00-18:05 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinə diametri 15-20 mm, rayonun Baş Göynük kəndinə isə diametri 10-15 mm, saat 19:48-19:53 radələrində Yardımlıya diametri 21-25 mm olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb əsir, küləyin maksimal sürəti Şahdağda 20, Daşkəsəndə 18 m/s-yə çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax