Milli Hidrometeorologiya Xidməti tərəfindən fevralın 24-ü saat 17:00-a olan faktiki hava şəraiti açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunur.
Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran və Astarada da yağıntı qeydə alınıb.
Dağlıq və dağətəyi rayonlarda isə hava qarlıdır. Xüsusilə Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar və Şəkiyə qar yağır.
Hava şəraiti ilə əlaqədar yollarda görmə məhdudiyyəti yaranıb. Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.