Əsas məzmuna keç

Hava kəskin dəyişdi: Rayonlara qar yağdı

Hava kəskin dəyişdi: Rayonlara qar yağdı

Milli Hidrometeorologiya Xidmətindən son məlumat: Kəlbəcər, Daşkəsən və Şahdağ ağ örtüyə bürünüb, Astarada intensiv yağıntı, yollarda duman var. Təfərrüatlar burada.

en ru

Azərbaycanın əksər bölgələrində dəyişərək arabir yağıntılı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti fevralın 25-i saat 10:00-a olan məlumatını açıqlayıb.

Faktiki hava durumuna əsasən, dağlıq ərazilərə — , , Gədəbəy, Göygöl, Kişçay (Şəki), Xızı, Qrız, Şahbuz və Şahdağa qar yağıb. Qarın hündürlüyü Daşkəsəndə 5 sm, Gədəbəydə 4 sm, Kəlbəcərdə 3 sm, Göygöldə 2 sm, Şahbuzda isə 1 sm təşkil edir.

Düşən yağıntının miqdarı Astarada 29 mm, Lənkəranda 5 mm, Qəbələ, Qax (Sarıbaş), eyni zamanda Bakıda və Abşeron yarımadasında 4 mm qeydə alınıb. Tərtər, Oğuz, Qobustan, İmişli və Lerikdə 3 mm, Balakən, Zaqatala, Şamaxı, Mingəçevir, Yevlax və Neftçalada isə 2 mm düşüb.

Respublikanın digər bölgələrində — Şərur, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Quba, Qusar, Cəlilabad, Bərdə, Göyçay, Sabirabad, Biləsuvar, Yardımlı, Ağdam, Goranboy, Laçın, Qubadlı və Şuşada yağıntının miqdarı 1 mm olub.

Hazırda Daşkəsən, Göygöl, Füzuli, Xankəndi, Xocalı, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Yevlax və Lerikdə duman müşahidə olunur. Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Tutqun 26° 20°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…