Əsas məzmuna keç

“Radius” Babək prospektində yeni filial açdı

“Radius” Babək prospektində yeni filial açdı

Azərbaycanda xidmətləri sahəsində fəaliyyət göstərən yerli brend “Radius”, Bakının prospektində yerləşən yeni – ikinci filialını ictimaiyyətin istifadəsinə təqdim edib.

2012-ci ildə dövlət qeydiyyatına alınan və 2014-cü ildən fəaliyyət göstərən “Radius” bu gün ölkənin regionlarını əhatə edəcək geniş xidmət şəbəkəsi üzərində işləyir. Yeni filial bu inkişaf strategiyasının növbəti mühüm mərhələsidir.

6500 kvadratmetrlik ərazidə qurulan mərkəz saatda 20 avtomobilə, illik 37 mindən çox vasitəsinə xidmət göstərmək gücünə malikdir. Mərkəz bazara illik 150.000-ə yaxın çıxarmaq ilə yerli bazara real təsir etməyi hədəfləyir.

“Radius”un biznes modeli istehsalçılardan birbaşa idxal, standartlara uyğun depolama, texnoloji xidmət və peşəkar konsultasiya üzərində qurulub. Yeni filialda 40 təkər brendi üzrə 280 ölçüdə, ümumilikdə 18.500 ədəd təkər ehtiyatı saxlanılır.

Bu investisiya həm də sosial-iqtisadi dəyər daşıyır. Yeni filialın fəaliyyəti 100-dən artıq daimi iş yerinin yaradılmasına səbəb olub. Şirkət, eyni zamanda, təhlükəsizliyi və maarifləndirmə ilə bağlı sosial kampaniyaları da davam etdirir.

Yerli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun gücləndirilməsi baxımından “Radius”un bu addımı avtomobil sənayesində müstəqil bizneslərin artan rolunu göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…