BMT-nin baş katibi Antonio Quterreş və Rusiya prezidenti Vladimir Putin Kazanda BRICS sammiti çərçivəsində keçirilən görüşdə beynəlxalq maliyyə sistemi ilə bağlı məsələləri müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Bundan əlavə, BMT-nin baş katibi və Rusiya prezidenti Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək, xüsusilə Qəzza zolağında və Livanda atəşkəsin mütləq zərurətini, habelə münaqişənin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.