Qurban Qurbanov: İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu

Qurban Qurbanov: İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu
15.03.2024 16:53
Aa
dəq

Epizodları izləmişəm. İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Referinin qərarı ilə razılaşmıram.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer"ə 2:3 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

53 yaşlı mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun qərəzli davranışından bəhs edib. Görüşün 62-ci dəqiqəsində Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydandan qovulmasına münasibət bildirən çalışdırıcı əlavə edib: “Buna görə Elvinə heç bir irad bildirmədim. Çünki nəinki Elvin, bütün oyunçular məyus olmuşdular. Bəlkə də İngiltərə Premyer Liqasında həmin epizodda cərimə zərbəsi təyin etmirlər. VAR-a baxıldı, lakin yenə də söz sahibi baş hakim idi. Futbol mübarizədən ibarətdir. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”.

Avropa klublarının həm özünə, həm də futbolçularına maraq göstərməsinə münasibət bildirən təcrübəli çalışdırıcı “Qarabağ”dan ayrılmaq istəmədiyini vurğulayıb: “Bu komanda mənə çox doğmadır. Klubuma çox bağlıyam və sadiqəm. “Qarabağ” haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə yaxından maraqlanırlar. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bu, bizim üçün müsbət haldır”.

Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu