Operativ Məlumat Mərkəzi

Qubada qanunsuz tikili sökülüb

1 dəq
Paylaş:
Qubada qanunsuz tikili sökülüb
bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb Bildirilib ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Pirvahid kəndi ərazisində vətəndaş...

Quba rayonun Pirvahid kəndi ərazisində qanunsuz tikili sökülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb

Bildirilib ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Pirvahid kəndi ərazisində vətəndaş Ehtiram Şirinov tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər