Əsas məzmuna keç

QMİ sədri Qurban bayramı namazının vaxtını açıqlayıb

QMİ sədri Qurban bayramı namazının vaxtını açıqlayıb

Builki bayram AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə...

Builki bayram AMEA Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə bayram təbrikində bildirib.

Onun sözlərinə görə, şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən kəsimi ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.

Allahşükür Paşazadə qeyd edib ki, Qurban namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 38 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 39 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 58 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…