Qızılağac Milli Parkının ərazisində yanğınsöndürmə tədbirləri davam etdirilir - YENİLƏNİB

Qızılağac Milli Parkının ərazisində yanğınsöndürmə tədbirləri davam etdirilir - YENİLƏNİB
06.08.2023 19:45
Aa
dəq

Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə intensiv yanğınsöndürmə tədbirləri davam etdirilir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, ETSN-in yerli qurumlarının əməkdaşları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin iki helikopteri hadisə ilə əlaqədar əraziyə cəlb olunub.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

18:18 ***

Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN Mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu