Əsas məzmuna keç

"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb

"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb

“France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olub. Bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb....

“ Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb.

Mükafat İspaniyanın "Real" klubunun və Braziliya millisinin üzvü Juniora veriləcək.

24 yaşlı oyunçunun artıq bundan xəbərdar olduğu vurğulanıb.

Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb. Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…