Əsas məzmuna keç

Qızıl almaq istədiyini deyib oğurluq etdi - Saxlanıldı

Qızıl almaq istədiyini deyib oğurluq etdi - Saxlanıldı

Sumqayıtda 3700 manatlıq qiymətli zinət əşyalarını mənimsəyən 23 yaşlı Ramin Tahirov ələ keçib. Sosial şəbəkə üzərindən qurulan tələnin təfərrüatları xəbərimizdə.

en ru

Sumqayıt şəhərində üzərindən təşkil edilən görüş zamanı soyğunçuluq faktı qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, zərərçəkən şəxs ümumi dəyəri 3 700 manat olan qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkələrdə elan paylaşıb. Elana cavab olaraq naməlum şəxs onunla telefon əlaqəsi saxlayaraq qızılları almaq niyyətində olduğunu bildirib və görüş təyin edilib.

Görüş zamanı şübhəli şəxs qızıl-zinət əşyаларын ələ keçirərək avtomobillə hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…