Qırmızı dənizdə beynəlxalq rabitə sualtı kabellərinin zədələnməsi internet sürətini 25% məhdudlaşdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Honq-Konq operatoru "HGC Global Communications Limited" məlumat yayıb.
İnternet provayderinin məlumatına görə, Asiya, Avropa və Afrikanı birləşdirən Seacom, TGN, AAE-1, EIG şirkətlərinə məxsus on beş kabeldən dördü zədələnib.
Bu kontekstdə HGC məlumat axınını Çin və ABŞ üzərindən Avropaya yönəltmək üçün plan hazırladığını bildirib.