Operativ Məlumat Mərkəzi

Qırğızıstan Vaşinqton razılaşmalarını dəstəkləyir

1 dəq
Paylaş:
Qırğızıstan Vaşinqton razılaşmalarını dəstəkləyir
bu barədə Qırğızstan parlamentin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, görüş zamanı iki ölkə arasında siyasi-iqtisadi, mədəni və...

Bu gün Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiev Bişkekdə erməni həmkarı Alen Simonyanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızstan parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı iki ölkə arasında siyasi-iqtisadi, mədəni və humanitar əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub, həmçinin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nurlanbek Şakiev Qırğızıstanın bu ilin 8 avqustunda Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış razılaşmaları dəstəklədiyini qeyd edib.

“İnanıram ki, bu tarixi hadisə ölkələr arasında dostluğun möhkəmlənməsi ilə bərabər, həm də Cənubi Qafqazda və bütövlükdə regionda sabitlik və inkişafa töhfə verəcək”, - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər