Əsas məzmuna keç

Qəzzaya yardım gəmisi Türksat vasitəsilə dünyaya bağlanacaq

Qəzzaya yardım gəmisi Türksat vasitəsilə dünyaya bağlanacaq

Türksat, Türk Qızıl Ayparasının rəhbərliyi ilə hazırlanan və 3 min ton daşıyan Qəzzaya yardım gəmisi ilə genişzolaqlı internet xidməti ilə təmin edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkətdən verilən məlumata görə, donorlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində verilən təcili yardım, su təmizləmə sistemi, qida, gigiyena paketi, içməli su, çadır və dərman kimi yardım materiallarını daşıyır.

Yükləmə prosesi tamamlandıqdan sonra gəminin Qəzzaya təhlükəsiz şəkildə çatması üçün böyük əhəmiyyət kəsb edən rabitə infrastrukturundan Türksat məsuliyyət daşıyacaq.

Gəmi ilə canlı və fasiləsiz əlaqə Türksatın yerli və milli antenaları, HidrON SOTM antenaları və Türksat peykləri vasitəsilə təmin ediləcək. Peyk antenası Türksat 5B başda olmaqla bütün Türksat peyklərinə anında qoşula biləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…