İsrailin Qəzza zolağının mərkəzi hissəsinə hava hücumu nəticəsində ən azı 30 dinc sakin həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al Manar" telekanalı məlumat yayıb.
Məlumata görə, Deyr əl-Balax şəhərinin girişində yaşayış binası atəşə tutulub.
Kanal qeyd edir ki, ölənlərin əksəriyyəti uşaqlardır.