Operativ Məlumat Mərkəzi

Qəzzada quru əməliyyatı davam edir

1 dəq
Paylaş:
Qəzzada quru əməliyyatı davam edir
bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bununla da quru əməliyyatında ölən İsrail hərbçilərinin sayı 46-ya yüksəlib. Həmçinin qeyd olunub ki,...

Qəzza zolağının şimalında HƏMAS-a qarşı aparılan hərbi əməliyyatlarda daha iki israilli əsgər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bununla da quru əməliyyatında ölən İsrail hərbçilərinin sayı 46-ya yüksəlib.

Həmçinin qeyd olunub ki, quru əməliyyatı başlayandan etibarən Qəzza zolağının şimalından 1 milyondan çox dinc sakin təxliyə edilib. Təkcə son 3 gün ərzində təxminən 200 min insanın təxliyə olunduği bildirilib.

Qeyd edək ki, "Rəfah" keçid məntəqəsi vasitəsilə Qəzzaya humanitar yardımların daşınması davam edir. Ötən gün daha 98 yük maşınının keçidi təmin olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər