Operativ Məlumat Mərkəzi

Qəzzada ölənlərin sayı 36 min 586-ya yüksəlib

1 dəq
Paylaş:
Qəzzada ölənlərin sayı 36 min 586-ya yüksəlib

İsrailin 7 oktyabr 2023-cü ildən bəri aramsız hücumlar etdiyi Qəzzada can itkisi 36 min 586-ya yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail əsgərlərinin son 24 saat ərzində dinc əhaliyə qarşı 4 hücum təşkil etdiyi, 36 nəfərin həyatını itirdiyi, 115 nəfərin yaralandığı bildirilib.

Hücumların başladığı 7 oktyabrdan bəri yaralıların sayının isə 83 min 74-ə yüksəldiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər