Operativ Məlumat Mərkəzi

"Qəzzada məmləkətlərinə qayıdanlara xidmət göstərmək üçün planlar hazırlanıb"

2 dəq
Paylaş:
"Qəzzada məmləkətlərinə qayıdanlara xidmət göstərmək üçün planlar hazırlanıb"

Fələstin prezidenti Abbas Qəzza zolağının Fələstin Dövlətinin bir hissəsi olduğunu bəyan edərək, Qəzzada yaşadıqları yerlərə qayıdan fələstinlilərə göstərməyə başlamaq üçün planların hazırlandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Abbas Misirin paytaxtı Qahirədə olub və Ərəb Liqasının Fələstinlə bağlı Fövqəladə Zirvə toplantısında iştirak edib.

O, İraq prezidenti Rəşidlə görüşüb.

"Qəzza zolağı Fələstin dövlətinin ərazisinin ayrılmaz hissəsidir. Fələstin dövlətinin digər Fələstin əraziləri kimi Qəzza üzərində də siyasi və hüquqi yurisdiksiyası var. Dünyanın hər yerindən gələn töhfələr ilə Qəzzada yenidənqurmaya hazırlaşırıq. İnsanlarımızın öz yaşayış yerlərinə qayıtması üçün əsas xidmətlərin göstərilməsinə başlanılması üçün lazımi hazırlanıb" , - deyə Mahmud Abbas bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax