İsrail hökuməti Qəzza zolağına daha çox humanitar yardımın daxil olması üçün 2 yeni dəhlizin açılmasına razılıq verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın şimalındakı Erez sərhəd-keçid məntəqəsi müharibə dövründə ilk dəfə olaraq humanitar dəhliz kimi fəaliyyətə başlayacaq.
“Aşdod” limanının da yeni yardım marşrutu kimi yük gəmilərini qəbul etməyə başlayacağı bildirilib.
Bununla yanaşı, Qəzzaya Kerem-Şalom sərhəd keçid məntəqəsi vasitəsilə İordaniyadan daha çox humanitar yardımın daxil olmasına şərait yaradılacaq.
Sözügedən qərar İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonraya təsadüf edib.
Bu, liderlər arasında Qəzzada “World Central Kitchen” xeyriyyə təşkilatının 7 üzvünün həlak olmasından sonra ilk təmas olub.