İsrailin davam edən bombardmanı nəticəsində Qəzza zolağının şimalında rabitə xidmətləri tamamilə dayanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin telekommunikasiya şirkəti "Cəvval" açıqlama verib.
"Davam edən hücumlar səbəbiylə şəbəkənin mühüm elementlərinə ziyan dəyməsi nəticəsində Qəzza rabitə xidmətləri tamamilə dayandırılıb. Əhalidən mövcud hadisəyə görə üzr istəyirik",- deyə açıqlamada qeyd olunub.