Operativ Məlumat Mərkəzi

Qəzza zolağında İsrailin daha iki hərbçisi ölüb

1 dəq
Paylaş:
Qəzza zolağında İsrailin daha iki hərbçisi ölüb
məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb. Məlumata görə, döyüşlərdə ölənlər ehtiyatda olan gizirlər - 32 yaşlı Zaxariya Pesax Xaber, o...

Qəzza zolağının şimalındakı döyüşlərdə İsrail Müdafiə Ordusunun daha iki hərbçisi ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Məlumata görə, döyüşlərdə ölənlər ehtiyatda olan gizirlər - 32 yaşlı Zaxariya Pesax Xaber, o biri isə 34 yaşlı Yair Katsdır.

Bildirilib ki, bununla da oktyabrın 31-dən yanvarın 17-dək Qəzza zolağında döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 192-yə yüksəlib. Oktyabrın 7-dən - HƏMAS İsrailə hücum edəndən indiyədək ölən israilli hərbçilərin sayı isə 526-ya çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər