Əsas məzmuna keç

İsrail nazirinin mühafizə avtomobili fələstinli uşağı vurdu

İsrail nazirinin mühafizə avtomobili fələstinli uşağı vurdu

Qərb Sahilində 16 yaşlı Məhəmməd Məcdi Caberi Ben-Qvirin mühafizə dəstəsinə aid maşınla toqquşaraq həlak olub. İsrail tərəfinin açıqlaması və olayın şok detalları.

en ru

İsrailli nazirlərdən birinə məxsus rəsmi işğal altındakı Qərb Sahilində velosiped sürən fələstinli vuraraq öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 16 yaşlı Məcdi Caberi səhər tezdən velosipedlə məktəbə gedərkən avtomobilin altında qalıb.

Kiryat Arbada yaşayan israilli nazirlərdən birinin mühafizə qrupuna aid avtomobili idarə edən rəsmi sürücü uşağı vurub, o, güclü zərbə nəticəsində həyatını itirib.

Nazirlərin təhlükəsizliyinə cavabdeh olan qurumun rəhbəri Ben-Qvirin ofisi açıqlama verərək bildirib ki, fələstinli uşağın ölümünə səbəb olan avtomobil nazirə məxsus deyil və Ben-Qvir hadisə zamanı avtomobildə olmayıb.

Açıqlamada sürücünün məsuliyyəti inkar edilərək iddia olunub ki, uşaq qırmızı işıqda yola atılıb. Həmçinin bildirilib ki, sürücü qəzanın qarşısını almağa çalışıb və uşaq yaralandıqdan sonra xəstəxanaya aparılıb.

Bunun əksinə olaraq, İsrail mediasına danışan tibb işçiləri uşağın vəziyyətinin ağır olduğunu, edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyini və hadisə yerində öldüyünün təsdiqləndiyini deyiblər.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…