Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlarda iştirak edən tərəflər yaxın vaxtlarda atəşkəslə bağlı razılığa gəlmək məqsədilə məsləhətləşmələrini davam etdirirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə” telekanalı məlumat yayıb.
Mənbə bildirib ki, hazırda Qahirə, Doha və Vaşinqton Qəzzada atəşkəs və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı yaxın koordinasiyadadır.
Telekanal vurğulayıb ki, misirli danışıqlarçılar bütün tərəfləri “razılaşmaq üçün lazımi çeviklik nümayiş etdirməyə” çağırıblar.