Operativ Məlumat Mərkəzi

Qəzzada atəşkəslə bağlı hələlik razılaşma yoxdur

1 dəq
Paylaş:
Qəzzada atəşkəslə bağlı hələlik razılaşma yoxdur
{"az":"bu barədə xarici KİV məlumat yayıb. Belə ki, Qətər Xarici İşlər Nazirliyinin Mətbuat katibi Məcid əl-Ənsari mətbuat konfransında bildirib ki, atəşkəs və...","en":"","ru":""}

Qətər Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı İsrail və Fələstin qrupları arasında elan edilə biləcək razılaşmanın mövcudluğunu təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Qətər Xarici İşlər Nazirliyinin Mətbuat katibi Məcid əl-Ənsari mətbuat konfransında bildirib ki, atəşkəs və əsir mübadiləsi ilə bağlı davam edən danışıqlar indiyədək heç bir konkret nəticə verməyib.

Razılaşmaya nail olmaq üçün çoxlu maneələrin olduğunu vurğulayan Ənsari, danışıqlar prosesinə zərər verə biləcəyi üçün qeyd olunan maneələr haqqında ətraflı məlumat verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər