Əsas məzmuna keç

Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başlanıb

Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başlanıb

Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başlanıb. Bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə parlamentin Hüquq siyasəti...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə zamanı deyib.

“Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır”, - Baş Prokurorun müavini qeyd edib.

Elmar Camalov bu yöndə açılan cinayət işlərinə toxunub: “2023-cü il martın 30-da Respublikası Baş prokuroru Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 120.2.4, 120.2.7 maddələri ilə başlanmış və cinayət işinin aparılması Respublika Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Cinayət işi üzrə istintaq qrupu yaradılaraq zəruri araşdırmaların aparılması, tarixi həqiqətlərin ortaya çıxarılması, Qərbi Azərbaycanda yaşamış, deportasiya və soyqırımına məruz qalmış şəxslərlə bağlı bütün təsdiqedici materialların toplanması və əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasına, Milli Elmlər Akademiyasına, Dövlət Statistika Komitəsinə, İcması İctimai birliyinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə və digər çoxsaylı aidiyyəti orqanlara müvafiq sorğular edilib, əməliyyat axtarış fəaliyyətini həyata keçirən qurumlara əməliyyat tapşırıqları göndərilib”.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…