Operativ Məlumat Mərkəzi

Qərb üçüncü ölkələrdən Kiyev üçün silah-sursat axtarır

1 dəq
Paylaş:
Qərb üçüncü ölkələrdən Kiyev üçün silah-sursat axtarır

Qərb dövlətləri Ukraynaya göndərə biləcəkləri sursatlarının olmaması fonunda onları üçüncü ölkələrdə axtarırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O qeyd edib ki, Kiyev üçün mərmi almaq müttəfiqlərlə danışıqlarda "1 nömrəli mövzu" olaraq qalır.

"Silah baxımından ikinci prioritet hava hücumundan müdafiə sistemləridir. Üçüncü prioritet uzun mənzilli raketlərdir".

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Avropa İttifaqı martın sonuna qədər Kiyevə 170 min sursat tədarük etməyi planlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər