Əsas məzmuna keç

“Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb

“Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir. Aparılan təmir işləri çərçivəsində küçənin “Qələbə dairəsi”dən...

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan təmir işləri çərçivəsində küçənin “Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündən etibarən küçənin əks istiqaməti üzrə, yəni “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində təmir işlərinə start verilir.

Aparılan işlər çərçivəsində boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, ərazi asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Ardınca isə “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.

Qeyd edək ki, aparılan təmir işləri ilə əlaqədar küçə boyu hissə-hissə avtonəqliyat vasitələrinin hərəkəti məhdudlaşdıraraq alternativ küçələrə yönəldilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…