Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs olunub

Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs olunub
29.02.2024 08:10
Aa
dəq

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, rayon sakini Əli Ömərov idarə etdiyi “Xəzər”(Khazar) markalı avtomobil ilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Yol polisi əməkdaşları tərəfindən sürücü saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərtib olunmuş protokol baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Ə.Ömərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu