Əsas məzmuna keç

Qazın keyfiyyəti ilə bağlı rəsmi qərar: Yeni qaydalar qüvvədə

Qazın keyfiyyəti ilə bağlı rəsmi qərar: Yeni qaydalar qüvvədə

Azəriqaz İB təbii qazın standartlara uyğunluğu ilə bağlı dəyişiklikləri açıqladı. Abonentləri nələr gözləyir? Yanacağın istilik dəyəri necə yoxlanılacaq?

en ru

İlham Əliyev 8 iyul 2025-ci il tarixli " təchizatı haqqında" qanununun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni fərman imzalayıb.

Bununla " Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi"nə dəyişiklik edilib. Belə ki, istehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlayır və nəticələri barədə istehlakçılarla, yanaşı qaz nəqli sistem operatoruna, qazpaylayıcı sistem operatoruna, topdan və pərakəndə satıcıya məlumat verməlidir.

İndiyədək bununla bağlı qaz paylayıcısına məlumat verilirdi.

"Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"na edilən dəyişikliklə Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət subyektlərinin illik gəlir və xərclər smetalarının razılaşdırılmasında, eləcə də onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək səlahiyyəti verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…