Qazaxıstanda keçirilən antiterror əməliyyatında 12 nəfər dövlət sifarişinə zidd fəaliyyətlə məşğul olduqları və qeyri-qanuni radikal təşkilata qoşulduqları əsaslarla saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Təşkilatı məlumat yayıb.
Astana, Atırau və Cezkazqan şəhərlərində keçirilən əməliyyatlar nəticəsində saxlanılanların dövlət nizamını pozmağa yönəlmiş təbliğat apardıqları və yeni tərəfdarların tapılması istiqamətində aktiv fəaliyyət göstərdikləri açıqlanıb.