Əsas məzmuna keç

“Qarşılaşma gərgin və əsəbi keçdi” – Pioli

“Qarşılaşma gərgin və əsəbi keçdi” – Pioli

“Milan”ın Pioli İtaliya A Seriyasının 26-cı turunun “Salernitana” ilə oyunundan sonra (1:1) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının qeyri-sabit çıxışından söz açıb:

“Bu, bizim zehni və ya fiziki cəhətdən geriləməyəmizlə bağlı deyil. Liderlik iddiası olan komanda qalib gəlmək üçün daha çox iş görməlidir. Buraxdığımız qoldan sonra qarşılaşma gərgin və əsəbi keçdi. Fürsəti əldən verdik. UEFA Çempionlar Liqasında qazandığımız qələbə bizə təsir edibsə, deməli, inkişaf etməliyik.

Böyük komandalar qələbə üçün oynayır. Komandamda sabitlik yoxdur. Bu məqam “Napoli” xaric, çempionatın digər kollektivlərində də var. Biz həm ölkə daxilində, həm avrokubok matçlarında rəqabətədavamlı olmalıyıq”.

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 48 4-cü, “Salernitana” isə 26 xalla 16-cı sırada yer alır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…