"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Belə ki, Ağdam klubu ilk oyununu sentyabrın 26-sı səfərdə "Tottenhem"ə (İngiltərə) qarşı keçirəcək. Digər oyunlar isə belədir:
3 oktyabr: "Qarabağ" - "Malmö"(İsveç)
24 oktyabr: "Qarabağ" - "Ayaks"(Niderland)
7 noyabr: "Bodo Qlimt"(Norveç) - "Qarabağ"
28 noyabr: "Qarabağ" - "Lion"(Fransa)
12 dekabr: "Elfsborq"(İsveç) - "Qarabağ"
23 yanvar: "Qarabağ" - FCSB (Rumıniya)
30 yanvar: "Olimpiakos"(Yunanıstan) - "Qarabağ"