Martın 22-də axşam saatlarında Azərbaycanın Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərinin birində güclü yanğın baş verib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Caliber.az”a istinadən xəbər verir.
İlkin məlumata görə, yanğın nəticəsində yaralanan ermənilər var. Postdakı sığınacaq, sursat və digər hərbi texnikalar tamamilə yanıb.