Əsas məzmuna keç

Qarabağda bütün infrastruktur "Yaşıl enerji" əsasında qurulur

Qarabağda bütün infrastruktur "Yaşıl enerji" əsasında qurulur

İşğaldan azad edilən ərazilərdə bərpa olunan mənbələrə keçid sürətlənir. Yenidənqurma işlərində ekoloji standartların tətbiqi ilə bağlı mühüm detallar məlum oldu.

en ru

Bütün və Şərqi Zəngəzur bölgəsi tərəfindən "Yaşıl Zonası" elan edilib. Biz də bu göstərişə əməl edirik. Buna görə də bütün binalar, bütün infrastruktur "Yaşıl Enerji Zonası" konsepsiyası nəzərə alınaraq hazırlanır. Məsələn, Zəngilanda, Ağalı kəndində elektrik enerjisi istehsalı üçün Arximed turbinindən, günəş panellərindən, istilik nasoslarından istifadə etmişik ki, bunlar da yaşıl enerjidən istifadənin çox gözəl nümunələridir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İsveçrənin beynəlxalq şəhərsalma və ərazi planlaşdırılması agentliyi olan "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari-Binggeli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərsalmanın yenidən qurulması - şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzulu tədbirdə deyib.

O, Şuşada binaların damında çoxlu sayda Günəş panellərindən istifadə etdiklərini diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…