“Qarabağ Universiteti TOP 10 universitetlərdən birinə çevriləcək”- ŞƏRH

“Qarabağ Universiteti TOP 10 universitetlərdən birinə çevriləcək”- ŞƏRH
30.11.2023 16:10
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalandı. Bu həqiqətən də yerində və lazımi bir sərəncamdır. Demək olar ki, bu universitetin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayacaq Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla imkan olacaqdır. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.

Bildiyimiz kimi, Azərbaycanın müxtəlif rayon və şəhərlərində universitetlər mövcuddur və region universitetlərin inkişafına Azərbaycan dövləti çox böyük önəm verir. Bu baxımdan da Xankəndində Qarabağ Universitetinin yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycanın aidiyyəti qurumları lazımi tədbirlər görəcəklər. 

Bunlarla yanaşı biz unutmamalıyıq ki, Qarabağ və Şərqi Zəngəzur "yaşıl ərazi" elan olunub. Burada "Ağıllı şəhər və kənd" konsepsiyaları reallaşdırılır. Müasir dövrün tələblərinə cavab verəcək şəhər, rayon və qəsəbələr tikilir. Bütün infrastruktur layihələri müasir dövrün tələblərinə cavab verir. Gələcəyin ixtisaslarının da məhz Qarabağ Universitetində tədris olunması, düşünürəm ki, zərurətə çevrilib. Eyni zamanda, gələcəkdə işlək olacaq və əmək bazarında rəqabətə davamlı ixtisaslar üzrə təhsil veriləcəyi təqdirdə də tək yerli kadrlar deyil, həmçinin xarici tələbələrin də bu universitetə üz tutacağı gözlənilir. 

Azərbaycanda mövcud universitetlərdən əldə edilmiş təcrübəni də göz özünə gətirərək, Qarabağ Universiteti ən qısa zamanda Azərbaycanın TOP 10 universitetlərindən birinə çevriləcəkdir.

Yaxın gələcəkdə artıq bu universitet regionun ən aparıcı universitetlərindən biri ola biləcək. Çünki, dövlətin qayğısı və diqqəti bu universitetin üzərində olacaqdır.
Bir daha mən bu sərəncam münasibətilə Azərbaycan xalqını təbrik edirəm və xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda belə bir universitetin fəaliyyət göstərəcəyi təqdirdə hər kəs bu universitetin imkanlarından yararlanacaqdır.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu