“Dəstək verirlər ki, Ermənistan alət kimi daha yararlı olsun” - MÜSAHİBƏ

“Dəstək verirlər ki, Ermənistan alət kimi daha yararlı olsun” - MÜSAHİBƏ
30.11.2023 21:50
Aa
dəq

Ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, terror siyasətini həyata keçirmişdir. Tarixi Azərbaycan torpaqlarında yaradılmış hazırkı Ermənistanın ərazisində yaşayan soydaşlarımız da bir neçə dəfə öz dədə-baba yurdlarını, tarixi torpaqlarını tərk etmək məcburiyyətində qalmışlar. Ermənistan onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Elşad Mirbəşir bildirib.

Bu gün Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır. Azərbaycan tarixi ədalətlərin təmin olunması istiqamətində addımlar atmaq iradəsini nümayiş etdirməkdədir. Soydaşlarımızın Şərqi Zəngəzura qaytarılması, eyni zamanda həmin ərazilərdə Azərbaycan tarixi, mədəni izlərinin dünyaya tanıdılması istiqamətində kompleks işlər həyata keçirilməkdədir. Hesab edirəm ki, biz tarixi ədaləti bərpa etmək iqtidarını dünyaya nümayiş etdirəcəyik.

Lakin Ermənistan və onun havadarları hər zaman olduğu kimi yenə də ölkəmizə qarşı düşmənçilik mövqeyində dayanmaqdadır. Ermənistanın havadarları ona görə düşmənçilik mövqeyində dayanırlar ki, ermənilər idarəolunan alət rolunda çıxış edən xalqdır və dünyanın ayrı-ayrı ölkələri, xüsusən də, ABŞ və Fransa ermənilərdən alət kimi istifadə edərək, Cənubi Qafqaz regionunda özlərinin məkirli niyyətlərini həyata keçirmək istəyirlər. Biz hər zaman görmüşük ki, digər coğrafiyaya həmin o coğrafiyadan çox uzaqda yerləşən ölkələrin müdaxiləsi çox acı nəticələrə gətirib çıxarır, qanlı münaqişələr baş verir. Bu baxımdan Ermənistan üzərindən Ermənistanın alət kimi istifadə edərək, Cənubi Qafqaza nüfuz etmək istəyi təhlükəlidir və Ermənistanın vasitə rolunda çıxış etməsi də xüsusilə təhlükəlidir. Bu baxımdan Ermənistana dəstək verirlər ki, Ermənistan bir alət kimi daha yararlı olsun.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistan yenə də özünün "xəstə" istəklərindən uzaq dura bilmir və "Böyük Ermənistan" xülyasından azad ola bilmir. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib, lakin Ermənistanda biz açıq görürük ki, o revanşizm istəyi qalmaqdadır. Onlar ümid edirlər ki, vəziyyəti hansısa yolla dəyişə biləcəklər. Bu baxımdan da kənar dairələrlə separat danışıqlara gedərək Cənubi Qafqazda yenidən gərginlik yaratmaq istəyirlər. Bu heç vaxt baş verməyəcək.

Azərbaycan hərb meydanında olduğu kimi, siyasi, diplomatik müstəvidə də nümayiş etdirir ki, o öz haqlı mövqelərini inamla müdafiə etmək əzmindədir. Azərbaycan real gücə sahib olan dövlətdir. Biz bunu getdikcə daha aydın müşahidə etməkdəyik.

ABŞ hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən dövlət olub. Çünki ABŞ-nin istəyi Azərbaycanı idarəolunan dövlət kimi görməkdən ibarətdir ki, Azərbaycanın üzərindən də Cənubi Qafqaz regionunda öz istəklərini region üçün təhlükəli olan maraqlarını həyata keçirə bilsin.

Biz bunu 1992-ci ildə aydın müşahidə etdik. Ermənistan Azərbaycanın ərazilərini bir-birinin ardınca işğal edirdi. Ayrı-ayrı yaşayış məntəqələrində xalqımıza qarşı soyqırımlar törədirdi. Buna baxmayaraq "907-ci əlavə" Azərbaycana qarşı qəbul olundu. Bu da təbii ki, bir daha onu göstərir ki, ABŞ öz siyasətində heç vaxt səmimi davranmır, ikili standartlar siyasətini gerçəkləşdirir.

Blinkenin Cənab İlham Əliyevə zəng etməsi və onun şərtlərini qəbul etməsi bir daha nümayiş etdirdi ki, ABŞ də Azərbaycanla dil tapmağın vacibliyini dərk etməkdədir. Bu regionda hər hansı bir dövlətin marağı varsa, mütləq şəkildə Azərbaycanla konstruktiv münasibətlər qurmağı bacarmalıdır. Azərbaycanla təzyiq dilində danışmağın heç bir nəticə verməyəcəyini ABŞ də dərk edir. Bu baxımdan hesab edirəm ki, biz siyasi, diplomatik müstəvidə öz mübarizliyimizi, güclü iradə sahibi olduğumuzu göstərməkdəyik, milli maraqlarımızı inamla müdafiə etməkdəyik.

Ermənistanın isə sözsüz ki, Azərbaycanla sülh sazişi imzalamaqdan başqa çıxış yolu yoxdur. Əks halda Ermənistan elə indiki kimi həm daxili-siyasi, həm də sosial-iqtisadi gərginlik məngənəsində qalmaqda davam edəcəkdir. Ermənistanın da özünün çıxış yolu ondan ibarətdir ki, tez bir zamanda Azərbaycanla sülh sazişini imzalasın. Azərbaycanın gücü kifayət qədərdir ki, Ermənistanı sülh sazişini imzalamağa məcbur etsin. Hesab edirəm ki, bu yolda biz nəticəyə yönəlik addımlar atmaqdayıq.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu