Qızılcanın simptomları nələrdir? - AÇIQLAMA

Qızılcanın simptomları nələrdir? - AÇIQLAMA
30.11.2023 09:00
Aa
dəq

Yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Qızılca virusunun səbəb olduğu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir. Bu yoluxucu xəstəlik tənəffüs damcıları ilə yayılır və insanların sıx olduğu yerlərdə asanlıqla ötürülür. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında neonatoloq Aidə Əliyeva bildirib.

"Qızılca şiddəti ilə fərqlənən fərqli simptomlarla özünü göstərir. İlkin simptomlar soyuqdəymə simptomlarına bənzəyir və yüksək hərarət, öskürək və burun axması olur. İnfeksiya irəlilədikcə xarakterik bir qırmızı səpgi meydana çıxır, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır. Qırmızı, düz ləkələrdən ibarət səpgi adətən üzdən başlayır və bədənə yayılır. Bu döküntü daha çox yüksək hərarətlə birlikdə müşahidə olunur.

Qızılca simptomları yaxşı qidalanmayan uşaqlarda və ya immun sistemi zəif olanlarda daha ağır ola bilir. Yüksək yoluxucu təbiətinə görə, bu simptomları erkən tanımaq və vaxtında həkim müayinəsi düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Bundan əlavə, vaksinasiya da qızılca xəstəliyinin başlanmasının qarşısını almaqda və virusa yoluxanlarda simptomların şiddətini azaltmaqda mühüm rol oynayır".

Bəs bu xəstəliyin yayılma səbəbləri nədən ibarətdir?

"Peyvənd olmayan xəstələr hazırda çoxdur. Valideynlər yetəri qədər bu barədə maarifləndirilməyiblər. Ona görə də çoxusu poliklinika şəraitində ərizə yazıb, imtina edirlər. Yanlış yayılan səbəblərdən biri də, autizm anlayışıdır. Növbəti qorxulardan biri də, peyvəndin tərkibində civə duzlarının olması fikridir. Qızılca fəsadverici xəstəlik olduğu üçün uşağın tələf olma riski vardır. Ancaq biz uşağa vaxtında peyvənd vurdursaq, uşaq xəstələnsə belə yüngül və fəsadsız keçirəcəkdir. 

Son zamanlar valideynlərin tez-tez verdiyi suallardan biri də, uşağın xəstə insanla kontaktda olmasıyla peyvənd vurdurmağın mümkünlüyü ilə bağlıdır. Bəli, 72 saat ərzində uşaq aktiv xəstə ilə təmasda olubsa, peyvənd vurula bilər. Digər suallardan biri də, əgər uşağın yaşı artıq o qrafikdən kənar yaşlara düşmürsə bu zaman peyvənd vurula bilərmi? Bəzi özəl xəstəxanalarda 55 yaşına qədər peyvənd vurula bilər. Əsas odur ki, ilk peyvəndlə, ikinci peyvəndə qədər arada 6 il interval olsun. Bunun da məqsədi davamlı immunitetin yaranmasıdır. Bəzi ölkələrdə bu interval daha da qısa ola bilər, ancaq bizim ölkədə 1 və 6 yaşında vurulur.

Uşaqlarda qızılcanın ağır halları, xüsusən də pnevmoniya və ya ensefalit kimi ağırlaşmalar inkişaf edərsə, xəstəxanaya yerləşdirmə tələb olunur. Xəstəxanaya yerləşdirmə monitorinq və dəstəkləyici qayğı göstərmək üçün vacibdir".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu