Qazaxda hərbçi minaya düşüb, vəziyyəti ağırdır - YENİLƏNİB

Qazaxda hərbçi minaya düşüb, vəziyyəti ağırdır - YENİLƏNİB
29.04.2024 15:08
Aa
dəq

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

***

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması hadisəsi ilə bağlı açıqlama verib.

DSX-nin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. “Ona zəruri tibbi yardım göstərilib”, - deyə DSX-dən bildirilib.

***

Hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

***

Qazax rayonunda mina partlayışı baş verib, xəsarət alan var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, aprelin 29-da qeydə alınan mina partlayışı nəticəsində xəsarət alan şəxs əməliyyata götürülüb, ayağının bir neçə barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.

Həftənin ən çox oxunanları

Separatçıların həbs müddəti uzadılıb - YENİLƏNİB

Separatçıların həbs müddəti uzadılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
DAVAMIN OXU davamın oxu

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb
DAVAMIN OXU davamın oxu

Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
DAVAMIN OXU davamın oxu

DSX-nin hərbçiləri Xəzər dənizində 26 kiloqram marixuana tapıblar

DSX-nin hərbçiləri Xəzər dənizində 26 kiloqram marixuana tapıblar
DAVAMIN OXU davamın oxu