“Qarabağ”-“Sabah” oyununda qalib müəyyənləşməyib

“Qarabağ”-“Sabah” oyununda qalib müəyyənləşməyib
11.02.2024 22:09
Aa
dəq

Fevralın 11-də Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş bol qollu heç-heçə ilə yekunlaşıb - 3:3.

Hesabı 31-ci dəqiqədə meydan sahiblərinin heyətində penaltidən Marko Yankoviç açıb. “Tələbələr” 45+1-ci və 54-cü dəqiqələrdə İshak Belfodilin penaltiləri ilə tablodakı rəqəmləri öz xeyirlərinə dəyişiblər. 64-cü dəqiqədə Olavio Juninyo növbəti penalti ilə hesabı bərabərləşdirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə baxımlı qolla komandasını önə keçirsə də, iki dəqiqə sonra Yassin Benzia matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu nəticələrdən sonra xallarını 51-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 27 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu