Bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.
Xeyriyyə matçı
26 mart
20:00. "Qarabağ" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.