Operativ Məlumat Mərkəzi

“Qarabağ” – “Ayaks” oyununa bu qədər bilet satıldı

1 dəq
Paylaş:
“Qarabağ” – “Ayaks” oyununa bu qədər bilet satıldı

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, artıq matça 18 500 bilet satılıb.

Ötən gün satışa çıxarılmış biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.=

Bu xəbəri paylaş

Oxşar xəbərlər