Əsas məzmuna keç

Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb - 11.03.2023

Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb - 11.03.2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb. Bu barədə "Operativ Məlumat...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Qəbələ rayonu, Nic qəsəbəsi və Yengicə kəndi, həmçinin rayonu, Aşağı Göynük kəndi ərazilərində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni yolla edən dörd ocaqxana aşkar edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.

Qeyd olunanları nəzərə alaraq, qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılaraq, “ Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq bağ və yaşayış evlərinin yaxınlığında ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…