“Qalib dövlətin Zəfər ritorikası”-ŞƏRH

“Qalib dövlətin Zəfər ritorikası”-ŞƏRH
07.12.2023 14:48
Aa
dəq

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş: Nailiyyətlər və çətinliklər" mövzusunda keçirilən Forumda cənab İlham Əliyevin çıxışı əslində postmünaqişə dövründə regionda düzgün davranış və bu bölgədə marağı olan beynəlxalq subyektlərin bölgə dövlətləri ilə maraqlarını uzlaşdırmaqla əməkdaşlığın inkişaf direktivlərinin müəyyən edilməsi istiqamətində yol xəritəsi hesab edilməlidir. İndiki məqamda, həqiqətən də, belə bir yol xəritəsinə ehtiyac var idi, çünki qütbləşmənin dərinləşdiyi, o cümlədən bir sıra beynəlxalq subyektlərin Cənubi Qafqaz bölgəsində öz maraqlarını işğal, təcavüz və separatizm faktorları üzərindən təmin etməyə çalışdığı bir dövrdə Azərbaycanın yaratdığı yeni reallıq fonunda münasibətlərə ən ali səviyyədə aydınlıq gətirilməsinə ciddi ehtiyac var idi. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə fikirləri millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti bölgədə işğal və təcavüzə, həmçinin separatizm faktoruna son qoymaqla region dövlətlər üçün yeni əməkdaşlıq formatı müəyyən edib. Eyni zamanda beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla Azərbaycan bütün dünya dövlətləri ilə mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərməyi arzu edir.

Hətta qalib tərəf olmasına baxmayaraq Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir.

Belə bir şəraitdə bir sıra qlobal subyektlərin regiona qeyri-səmərəli formada müdaxilə cəhdləri, regionda sülhü və sabitliyi təhdid edən davranışlarda bulunması adekvat reaksiyaları zərurətə çevirir. Azərbaycan Prezidentinin Forumda çıxışı əslində həmin adekvat reaksiyanın əla nümunəsi idi.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh gündəliyinə hazır olduğunu bəyan etsə də, açıq formada bildirdi ki, əgər Ermənistan tərəfindən Azərbaycana münasibətdə hər hansı formada təhdid müşahidə olunarsa, Azərbaycan beynəlxalq normaları rəhbər tutaraq bu təhlükələri aradan qaldırmaqda qətiyyətlidir. Bu əslində son dövrlər bir çox Qərb dairələrinin Ermənistanda revanş ritorikasına dəstək verməsi, Ermənistanı yeni münaqişəyə təşviq etməsi, həmçinin İrəvanın sürətlə silahlandırılması fonunda Azərbaycanın aydın və qətiyyətli mövqeyinin ifadəsi idi.

Prezident İlham Əliyevin nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın Qərblə, xüsusən Avropa İttifaqı və ABŞ ilə münasibətlərindəki hazırkı ritorika ilə bağlı oldu.

Xüsusən Avropa İttifaqının bir sıra strukturlarının Azərbaycana münasibətdə qərəzli ritorikası fonunda cənab İlham Əliyevin cavabı kifayət qədər aydın oldu ya həmin adamlar reallıqları başa düşmür, ya da bütövlükdə  Azərbaycanın regional və qlobal müstəvidə əhəmiyyətini dərk etmirlər. ABŞ ilə münasibətlərə gəlincə, Azərbaycan ABŞ da daxil olmaqla, dünyanın heç bir dövləti ilə gərgin münasibətlərin saxlanmasında maraqlı deyil və münasibətlərdəki mövcud situasiya Azərbaycandan yox, məhz Vaşinqtondan, ayrı-ayrı siyasilərin səbatsız bəyanatlarından qaynaqlanır.

Cənab İlham Əliyevin ADA Universitetindəki bugünkü çıxışının məğzini ümumiləşdirsək, bu, qalib tərəfin yeni reallıqlar fonunda milli maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə yönəli Zəfər ritorikası hesab oluna bilər.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu